RAMAZAN AYINDA TURİZM 20/04/2019




Bu il Ramazan ayı turizm mövsümünün pik zirvəsinə təsadüf etdiyi üçün, bu ay ərzində müsəlman ölkələrinə səfərə hazırlaşanlar orucluq ayının bəzi qaydalarını bilməlidirlər. ⠀


Bu ayda müsəlman ölkələrində turistlər gündüz vaxtı xeyli azalan işgüzar və sosial fəallığa şahid olacaqlar. Yerli əhalinin gündəlik həyatı axşam və gecə saatlarına təsadüf etməyə başlayır.⠀

Oruc vaxt müsəlman olmayan turistlər üçün Səudiyyə Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, İran kimi ölkələrə səyahət etmək o qədər də ürəkaçan olmaya bilər. Məsələ ondadır ki, bu ölkələrdə gün ərzində bütün kafe, restoran və bir çox digər ictimai yerlər bağlanılır. Küçədə və ya digər ictimai yerlərdə yeyib içmək isə, qəti qadağandır ki, bu qadağa həm də turistlərə şamil edilir.⠀

Bu səbəbdən əgər siz bu ölkələrdən birinə səyahət etməyi düşünürsünüzsə, bu zaman ucuz aviabilet almaqdan başqa yaxşı olar ki, yerli adət-ənənələrə də diqqət edəsiniz, əks halda qadağanın pozulmasına görə kifayət qədər iri məbləğdə cərimə ödəməli olacaqsınız.

 

Ətraflı məlumat və rezervasiya üçün:

Tel: 012 408 60 66.

Mob: 055 275 20 27. (WhatsApp)

E-mail: ntour@natali-travel.com.

Əliəşrəf Əlizadə küç., 61. Bakı, Azərbaycan