İTALİYA HAQQINDA MARAQLI FAKTLAR TOPLAYIB KİTAB YAZMAQ OLAR 12/04/2019




İtaliya haqqında maraqlı faktları toplayıb bir kitab yazmaq olar.⠀
İtaliyada uşaq evləri yoxdur.⠀
İtaliyada kimsəsiz ev heyvanları yoxdur.⠀
Siciliya və Kalabriyanın biznesmenlərinin 80%-i mafiyaya xərac verirlər.⠀

Sübut olunmağa ehtiyacı olmayan faktlar.⠀
⠀ İtaliyanın» adı yunan sözü italiosdan (buzov) əmələ gəlib.⠀
Siciliya adasında yerləşən Sirakuza şəhəri bir zamanlar ən böyük yunan şəhəri olmuşdur.⠀
İtaliya turistlərin ziyarət sayına görə dünyada dördüncü yerdədir. Hər il bura 40 milyondan çox turist gəlir.⠀
Elm və mədəniyyət⠀
Ölkənin ən qədim universiteti Boloniya universitetidir. O, 1088-ci ildə yaradılmışdır.⠀
Dünyanın ən qədim bankı Monte di Siyena İtaliyada yerləşir. O, 1472-ci ildə təsis olunmuşdu.⠀
Mexaniki saatlar, barometr, termometr, şüşə və telefon İtaliyalılar tərəfindən icad olunmuşdu.⠀
Dünyanın ilk kinematoqraf festivalı 1932-ci ildən etibarən İtaliyada keçirilir.⠀
Bundan əlavə olaraq Pizza qülləsi haqında məlumatlara nəzər yetirək⠀
Piza qülləsi İtalyanın Piza şəhərindədir və orta əsrlərin möhtəşəm tikililərindən hesab edilir. Bu qülləni hamı “düşən” qüllə adlandırır. Piza qülləsi “düşməsə” də, o, onsuzda bir möcüzə olaraq qalmaqdadır. Qüllənin ən alçaq tərəfinin torpaqdan hündürlüyü 55,86 metrdir və ən yüksək tərəfi isə 56,7 metr hesablanmışdır. Divarların enliliyi 4,09 metr və yuxarıya doğru istiqaməti isə 2,48 metr olduğu qeyd edilmişdir. Onun ümumi kütləsi 14453 ton hesab olunur. Tikilinin əyilmə meyli 3,97° sayılır. Şaquli vəziyyətindən 3,9 metr uzaq bilinir. Həmçinin qüllənin 294 pilləsi vardır.

Ətraflı məlumat və rezervasiya üçün:
Tel: 012 408 60 66.
Mob: 055 275 20 27. (WhatsApp)
E-mail: ntour@natali-travel.com.
Əliəşrəf Əlizadə küç., 61. Bakı, Azərbaycan