SƏYAHƏT SIĞORTASININ İNCƏLİKLƏRİ. 19/04/2019




 

Tez-tez istirahətə və ya işgüzar ezamiyyətə gedənlər üçün “səyahət sığortası” adi terminlərdən birinə çevrilib. Amma səyahət sığortasının nə olmasını, sığorta zamanı hansı məqamlara diqqət etmək lazım olduğunu çox az adam bilir.⠀

Sığorta demək olar ki, sizin sağlamlığınıza təhlükə olduğu bütün hallarda lazımdır.⠀

Səyahət sığortasına aşağıdakılar daxildir:⠀

Tibbi risklər (xəstəliklər, zədələr və s);⠀
Zərərçəkmişin yanına həkimin gəlməsi;⠀
Məsləhət, stasionar müalicə, reanimasiya;⠀
Həkim ifadələrinə uyğun olaraq nəqliyyat xərclərinin ödənilməsi;⠀
Aviareysin ləngiməsi zamanı kompensasiya;⠀
Baqaj itdikdə və ya yararsız hala düşdükdə kompensasiya;⠀
İlkin hüquqi məsləhət.⠀
Sığorta hadisəsi baş verdikdə sığorta şirkəti necə fəaliyyət göstərir?⠀

Sığorta hadisəsi baş verdikdə sizin sığorta şəhadətnamənizdə qeyd edilən nömrələr ilə təcili əlaqə yaratmaq lazımdır. Operator sizin sorğunuzu dinləyib hadisəyə uyğun olaraq ətraflı məlumat verəcək. Kəskin ehtiyac yaranarsa zərərçəkmiş təcili hospitalizasiya edilə bilər və ya həkim dərhal zərərçəkənin yanına yollana bilər.

Ətraflı məlumat və rezervasiya üçün:
Tel: 012 408 60 66.
Mob: 055 275 20 27. (WhatsApp)
E-mail: ntour@natali-travel.com.
Əliəşrəf Əlizadə küç., 61. Bakı, Azərbaycan