DUBAY HAQQINDA 10 MARAQLI MƏLUMAT 12/04/2019




Şəhərdə olarkən burada təqdim etdiyimiz ən yaxşı yerlərə getməyi tövsiyə edirik.⠀
Burj Khalifa. Möhtəşəm Dubay⠀

Yüksəklikdən bənzərsiz mənzərəni kəşf edin. Dünyanın ən hündür qülləsi Dubay səmasında əsas yeri tutur, amma bu binanın əsl gözəlliyinə bələd olmaq üçün ona ya yaxından ya da daha yaxşısı içəridən baxmaq yaxşı olardı.⠀ ⠀

Dubay Mall. Alıcı cənnəti.⠀

Burj Khalifanın tam yanındaDubai Mall yerləşir. Bu nəhəng məkanı sadəcə alış-veriş yeri adlandırmaq onu gözdən salmaq olardı. Burada hətta bir gün keçirsəniz də bu, hər şeyi görmək üçün yetərli olmayacaq.⠀

Dubay Fəvvarəsi. Heyrətamiz bir şou.⠀

Downtown Dubai-In Mərkəzində Su Rəqsinə Şahidlik Edin.⠀
Möthəşəm Burj Khalifanın aşağısında və məşhur and Dubai Mall-un qapılarının ağzında yerləşən Dubay Fəvvarəsi dünyanın ən böyük xoreoqrafiyalı fəvvarə sisteminə malikdir. ⠀

Palm Jumeirah - palma formalı bir ada.⠀

Dubayin memarliq incilərindən birini tədqiq edin.⠀

Palma formalı, insan əli düzəlmiş ada - yerlilər "onun yalnız Dubayda olduğunu" deyirlər. Palm Jumeirah dünyada ən böyük süni adalardan biri, insan dühasının təntənəsidir.⠀
⠀ ⠀
Dubay Körfəzi. Qədim ticarət marşrutları.⠀

Kite Beach. Dubayın qonşuluğundakı çimərlik.⠀

Bu macəra dolu qumsalda dalğalara baş vurun. Kite Beach (Çərpələng Çimərliyi) öz su idmanı bacarıqlarınızı sınamağınız üçün mükəmməl bir məkan olsa da, burada sudan kənar məşğuliyyətlər də çoxdur.⠀


Dubay Marina. Heyrətamiz şəhər mənzərəsi.⠀

Şəhər göydələnlərinin altinda sahil boyu gəzişin. Dubai Marina Walk boyunca gəzişdikcə dünyanın ən hündür binalarından birini seyr edin və ya Dubai Marina Yaxta Klubunda yelkən atdıqdan sonra Dubay Marinaya dənizdən tamaşa edin.⠀
Səhra. Möhtəşəm peyzaj.⠀

Dubay səhralarini aşin. Dubayın mərkəzindəki müasir küçələrdən 20 dəqiqəlik məsafədə siz Dubaydakı ilkin turizm attraksionu olan Ərəbistan Səhrasının möcuzələri ilə tanış ola bilərsiniz. ⠀

Dubay Kanalı. Suyun üzərində.⠀

Dubayin ən yeni kanali boyunca gəzintiyə çixin. Dubay su kanalı Qədim Dubay ərazisindəki Körfəzdən, Biznes Körfəzindən keçməklə Ərəbistan Körfəzinə qədər uzanan, 3.2 km-lik su kanalıdır. ⠀

Ətraflı məlumat və rezervasiya üçün:
Tel: 012 408 60 66.
Mob: 055 275 20 27. (WhatsApp)
E-mail: ntour@natali-travel.com.
Əliəşrəf Əlizadə küç., 61. Bakı, Azərbaycan